Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Xaçmazın turist xəritəsi hazırlanıb. Turistlər xəritənin köməkliyi ilə rayonun görməli yerləri haqqında məlumatları əldə edə bilərlər: açıq səma altında “Tanınmış şəxsiyyətlər muzeyi” parkı, Xalça Muzeyi, Heydər Əliyev Muzeyi, H.Z.Tağıyevin inşa etdiyi qədim su qülləsi, Nabran zonasının planı və s.
Xaçmazın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Xaçmazda fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Hazırda nazirliyin sifarişi ilə Gəncə, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar