Azərbaycanın turizm şirkətləri ilə 50-yə yaxın xarici şirkət arasında əməkdaşlıq müqavilələri imzalanıb

Oktyabrın 23-dən 26-dək Minsk şəhərində “Buy Belarus” turizm forumu keçirilib. Tədbirdə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Elegant Travel", "Avil Travel", "İntour", "Caspian Breez", "FreeStyle" , "Millennium Tourism", "Lufthansa City Center", "Sunway", "FM" turizm şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin verdiyi məlumata görə, tədbir çərçivəsində rəhbərlik etdiyi qurumla Litva Turizm Marketinq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda "Riftur" nəşriyyat evi ilə vahid Belarus-Azərbaycan turizm portalının yaradılması imkanları müzakirə olunub, fəaliyyət planının (“Planeta Azerbaijan&Belarus”) hazırlanması haqqında niyyət protokolu imzalanıb.
Həmçinin oktyabrın 25-də tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə Azərbaycanı təmsil edən turizm şirkətləri ilə forumda iştirak edən 50-yə yaxın şirkətin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, əməkdaşlıq müqavilələri imzalanıb.
Tədbirin sonunda keçirilən mətbuat konfransında Belarus Gənclər, İdman və Turizm Nazirliyinin, Minsk Şəhər Sovetinin nümayəndələri və müxtəlif ölkələrin təmsilçiləri iştirak edib. Qarşılıqlı əməkdaşlıq, mövcud problemlər, qiymət siyasəti, xidmət səviyyəsi tədbirin əsas mövzularından olub.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri R.Quliyev Azərbaycanın sağlamlıq turizmi potensialı, son zamanlar ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında məlumat verib, II Avropa Oyunlarının Belarusda keçirilməsi barədə qərarın qəbul olunmasını əlamətdar hadisə adlandırıb və bu işdə belaruslu həmkarlarına uğurlar arzulayıb.
Tədbirin sonuncu günü Azərbaycan, Litva və Rusiya turizm nümayəndələri üçün infotur təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar