Rusiyanın “Life turizm” portalı Azərbaycanın turizm potensialı haqqında “Bakı Birləşmiş Ərəb Əmirliklərindən nə ilə yaxşıdır” adlı məqalə dərc edib. Portalın müəllifi Anna Karas məqaləsində Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıtmış Bakı sakini Türkay Manafovun istirahət yeri seçimində nə üçün Bakının daha üstün olması barədə fikirlərinə yer ayırıb.
T.Manafov deyib: “Doğma şəhərimi tez-tez Dubayla müqayisə edirlər, bu da kifayət qədər məntiqli, lakin o qədər də doğru müqayisə deyil. Dubay 1996-cı ildə inşa olunmağa başlayıb, Bakı isə böyük tarixə malikdir. Təkcə Qız qalası, məscidləri ilə İçərişəhəri nümunə göstərmək yetər. İçərişəhərdə çəkilmiş “Brilyant əl” filmini isə hamımız xatırlayırıq. Lakin Bakı və Dubayı birləşdirən ümumi cizgilər - bu şəhərlərin rəmzi olan göydələnlər var. Hər iki şəhərin neft sayəsində zənginləşməsi də faktdır”.
“Life turizm” portalı Bakı sakininin dilindən nəql edir: “Əksər səyyahları Bakının təmizlik və səliqəsi heyran edir. Əvvəlcədən skeptik köklənmiş turistlər dərhal şəhər haqqında fikirlərini dəyişir. Bakı artıq çoxdan sovet kurortu deyil. “Alov qüllələri” kompleksi, Heydər Əliyev Mərkəzi, “Hilton”, “Hyatt”, “Four Seasons” hotellər şəbəkəsi buna parlaq sübutdur.
Məqalədə Azərbaycana aviabiletlərin ucuz qiymətləri, Bakı hotelləri, restoranları və şəhərin görməli yerləri haqqında da danışılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar