Bayramın iştirakçısı olmaq istəyənlər üçün tur təşkil edilir

Noyabrın 5-də Göyçay rayonunda keçiriləcək ənənəvi “Nar bayramı”na hazırlıq işləri görülür. Hazırda Göyçay şəhərinin mərkəzi küçələrində səliqə-sahman yaradılır. Bayramın keçiriləcəyi şəhər stadionunda əsaslı təmir işləri görülüb.

Bundan əlavə, rayon Mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar. “Nar bayramı” ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı hazırlanıb. Bayram tədbiri zamanı rayonda nar məhsullarından ibarət yarmarkalar, müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək. Xatırladaq ki, “Nar bayramı”nın iştirakçıları arasında rəsmilər, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları olacaq.
Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə bu il 11-ci dəfə keçiriləcək bayramda bir neçə yeniliyin olacağı da bildirilir. Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.
Onu da qeyd edək ki, hər il turizm şirkətləri “Nar bayramı”na turlar təşkil edirlər. “Ata Travel” şirkətinin təşkil etdiyi günlük turun qiyməti 25 manatdır. Qiymətə komfortlu avtobusda gediş-dönüş, səhər yeməyi, çay süfrəsi, peşəkar fotosessiya daxildir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar