Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent“ şirkəti ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə noyabrın 3-də Moskvada “Azərbaycan görüşlər sənayesi” adlı növbəti tədbir təşkil edəcək.
İkinci dəfə təşkil olunan tədbir Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirəcək. Büronun tərəfdaş şirkətləri və Rusiya alıcıları arasında üz-üzə görüşlər keçiriləcək.
Tədbirdə “Boulevard Baku”, “Fairmont Baku”, “Holiday Inn Baku”, “Hilton Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort” hotelləri, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” şirkətləri iştirak edəcək.
Görüşün əsas məqsədi Rusiya bazarının Azərbaycan görüşlər sənayesinə olan marağını artırmaqdır. 2015-ci ilin oktyabrında təşkil olunmuş ilk belə tədbir Rusiyada böyük marağa səbəb olmuşdu.
Belə tədbirlərin keçirilməsi Azərbaycanda işgüzar turizmin inkişafına dəstək olmaqla yanaşı, yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, Rusiyadan ölkəmizə gələn turist sayının artırılması baxımından əhəmiyyətlidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar