Azərbaycanın Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi turizm resurslarının təbliği ilə bağlı çoxsaylı təqdimatlar keçirir. Mərkəz tərəfindən hazırlanan videoçarxın Özbəkistanın Dövlət Televiziyasının "Mədəniyyət və mərifət" kanalında nümayişinə start verilib.
Videoçarxda Azərbaycanın tanıtımı, Bakının görməli yerləri, İçərişəhər, şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi, bulvar əksini tapıb. Videomaterialın musiqisində dahi bəstəkar Fikrət Əmirovun "Qarabağ Azərbaycan incisidir" orkestr üçün bəstəsindən istifadə olunub.
Material 31 oktyabrdan 4 noyabradək axşam saatlarında telekanalda "Bugün" xəbərlər proqramı arasında nümayiş etdiriləcək.
"Ozarbayjon" adlı videoçarx “youtube” sosial şəbəkəsində də artıq yerləşdirilib.
Mədəniyyət mərkəzi tərəfindən bu il keçirilən 22-ci Daşkənd Beynəlxalq turizm sərgi və yarmarkasında Azərbaycanın turizm resurslarının təqdimatı təşkil olunub, şəhərin mərkəzi küçələrində Naftalan müalicə mərkəzinə dair reklam lövhələri yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar