Xəbər verdiyimiz kimi, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə “Xəzərin incisi - Azərbaycan” adlı bələdçi nəşr hazırlanıb.
Nəşrin müəllifləri “Toho Media Planning” şirkətinə məxsus “Sekai Guide” (“Dünya bələdçisi”) internet portalının yazarları xanım Yukiko Tadama və Motomi Sakidir.
Nəşrdə Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, tarixi abidələri və müasir tikililəri barədə yapon oxuculara ətraflı məlumat verilir. Qeyd edilir ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan bu dövrdə böyük nailiyyətlər qazanıb, regionun lider dövlətinə çevrilib. Paytaxt Bakıda və regionlarda aparılan nəhəng quruculuq işləri nəticəsində ölkənin turizm potensialı xeyli inkişaf edib, müasir hotellər şəbəkəsi yaradılıb, keyfiyyətli yollar salınıb. Azərbaycanın beynəlxalq tədbirlərin, musiqi festivallarının və idman yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrilməsi də ölkəyə turist axınına səbəb olur.
80 səhifədən ibarət nəşrdə Azərbaycanın turizm imkanları ilə tanınan Quba, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay və digər rayonları haqqında məlumatlar verilib. Qeyd edilir ki, viza prosedurlarının sadələşdirilməsi Azərbaycana turist axınının artmasına təkan verib.
Yüksək poliqrafik keyfiyyəti ilə seçilən nəşrdə Azərbaycanın zəngin mətbəxi, regionlara səyahət marşrutları, gündəlik həyatda daha çox işlənən sözlər barədə məlumatlar da əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar