Xəbər verildiyi kimi, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub.
İki ölkənin turizm sənayesi nümayəndələrinin qatıldığı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, “Rosturizm”in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Valeri Korov iştirak edib.
Görüşdə Rauf Paşayev turizmin ölkəmizin mədəniyyəti, tarixi və qeyri-maddi irsinin təbliği baxımından oynadığı əvəzsiz rol, dövlət tərəfindən bu sahənin inkişafı ilə bağlı atılan addımlar, həmçinin cari ildə Azərbaycana gələn turistlərin sayında artım barədə məlumat verib. Bildirilib ki, ölkəmizə gələnlərin 32 faizindən çoxu Rusiya vətəndaşlarının payına düşür.
Dəyirmi masada Azərbaycanın Rusiya Federasiyasında turizm nümayəndəliyi funksiyalarını yerinə yetirən “Tour A Vent” şirkətinin əməkdaşı İqor Şaulov nümayəndəliyin fəaliyyəti, habelə iki ölkə arasında turizm əlaqələrinin inkişafına mane olan faktorlar barədə danışıb.
Tədbir çərçivəsində Azərbaycanın, habelə Rusiya Federasiyasının Stavropol diyarının və Dağıstan Respublikasının turizm potensialına dair təqdimatlar olub.
İki ölkənin turizm şirkətləri arasında münasibətlərin qurulması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasının ölkəmizə gələn Rusiya vətəndaşlarının sayının artmasına müsbət təsir göstərəcəyi qeyd edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar