Noyabrın 2-də Azərbaycan yeni turizm istiqaməti kimi Fransanın Promovacances turizm şəbəkəsinə (promovacances.com) daxil edilib. Şəbəkənin internet saytında ölkəmizin mehmanxanaları haqqında məlumatla tanış olmaq mümkündür.
1998-ci ildən promovacances.com saytı vasitəsilə turizm xidməti göstərən şirkət 2001-ci ildə Karavel qrupu tərəfindən alınıb və hazırda Fransanın lider turistik brendidir.
Promovacances turizm şəbəkəsinin ölkə daxilində 50 filialı var. Hər ay şəbəkəyə 4 milyon insan müraciət edir. Şəbəkə 120 istiqamətdə 10 mindən çox turistik səfər təşkil edir və ildə 40 milyon səyahət həvəskarının arzusunu reallaşdırır.
Qeyd edək ki, Azərbaycanın Promovacances turist şəbəkəsinə daxil edilməsi ölkəmizdə turizmin inkişafına dair həyata keçirilmiş layihələr, dövlət proqramları və islahatların bəhrəsidir. Görülən tədbirlərin nəticəsində ölkəmizdə turizmin inkişafı üçün yaranan münbit şərait artıq xarici şirkətlərin diqqətini cəlb edir və turist axını yaradır.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar