Mədəniyyət və Turizm Nazirliyində rusiyalı rəsmilərlə görüşlər

Noyabrın 2-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazirinin müşaviri Stanislav Aristovu qəbul edib.
Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, tarixi İpək Yolu marşrutunun bərpası istiqamətində Rusiya Federasiyasının Cənubi Qafqaz regionu ilə birgə layihələrin həyata keçirilməsi, marşrutun tədqiqi və turizmin inkişafı baxımından təbliğinin artırılması məsələləri müzakirə olunub.
Stanislav Aristov Pekin-Bakı və Bakı-Mineralnıye Vodı reyslərini nəzərə alaraq Çindən Azərbaycana gələn turistlərin Rusiyanın Dağıstan və Stavropol bölgələrinə cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə, həmçinin iki ölkənin turizm şirkətləri arasında birbaşa əməkdaşlığın təşviq edilməsi, İpək Yolu marşrutunun Qafqaz bölgəsinə dair birgə təbliğat materiallarının hazırlanması və əməkdaşlığın inkişafının hüquqi bazasının yaradılması məqsədilə müvafiq müqavilələrin imzalanması məsələləri də müzakirə olunub.
* * *
Nazir müavini Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçısı olan Arxangelsk vilayəti hökumətinin sədr müavini Viktor İkonnikov ilə də görüşüb.
Qonaq vilayətin turizm potensialı haqqında məlumat verib, bölgədə balıqçılıq və ovçuluq turizminin inkişafı üçün infrastrukturun olduğunu və Azərbaycandan olan turistlərin Arxangelskə səfərlərinin təşkili və bölgənin turizm məkanı kimi təbliğ olunmasında maraqlı olduqlarını deyib.
Nazim Səmədov öz növbəsində Azərbaycanın turizm imkanları barədə qonağı məlumatlandırıb, zəngin tarixə və mədəniyyətə malik Azərbaycanda həmçinin sağlamlıq turizminin inkişaf etdiyini bildirib. Naftalan kurortu barədə danışan nazir müavini kurortun Arxangelsk vilayətindən turistlərin də diqqətini cəlb edəcəyindən əminliyini ifadə edib.
Azərbaycan tərəfin turizm əlaqələrinin inkişafına hazır olduğu, eləcə də qarşı tərəfin marağı nəzərə alınaraq Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) Arxangelsk vilayətinin təqdimatının keçirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar