Atatürk Mərkəzində "Qlobalistika və Sivilizologiya" Elmi Araşdırmalar İctimai Birliyinin (EAİB) "Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu" layihəsinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. EAİB-nin sədri, fəlsəfə elmləri doktoru Rahid Ulusel bu layihənin həyata keçirilməsinin inkişafda olan Azərbaycanın ictimai-siyasi və mədəni-intellektual həyatına müsbət təsirindən söz açıb, görülən işlər barədə məlumat verib.
   R.Ulusel layihə çərçivəsində nəşr olunan "Biz və Dünya" adlı kitab-toplu haqqında da məlumat verib. Kitab-topluya Azərbaycan və dünya mədəniyyətinə aid müqayisəli araşdırmalar, cəmiyyətimiz üçün aktual olan bir sıra klassik örnəklərdən tərcümələr daxildir.
   Sonda R.Ulusel layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə müvafiq qurumlara - Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, alimlərə, mütəxəssislərə, KİV nümayəndələrinə minnətdarlığını bildirib.