Oğlan və qızlarımız at belində əsl elatçılq ənənəsini nümayiş etdiriblər
   
    İyul ayının 26-da “Borçalı” İctimai Cəmiyyətinin təşəbbüsü ilə Borçalıda “Borçalı Türklərinin Elat Mədəniyyəti” bədii-musiqili-içtimai tədbiri keçirilib. Qeyd edək ki, Kvemo-Kartli bölgəsinin qubernatorunun rəsmi razılığı ilə baş tutan mərasimdə Azərbaycan və Gürcüstanın siyasi-ictimai-media, mədəniyyət nümayəndələri fəal iştirak ediblər.
   
   Mərasimi giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işcisi Elxan Məmmədli Gürcüstanda yaşayan Azərbaycan türklərinin qədim adət- ənənələrə malik olduğunu diqqətə çəkib: «Uzun əsrlərdir ki, bu ənənələr öz varlığını saxlayaraq gələcək nəsillərə ötürülüb. Bu gün ilk dəfədir ki, Borçalı türkləri Elat gününü keçirirlər və bu, çox böyük işdir. Mən Borçalı İçtimai Cəmiyyətinin təşəbbüsünü alqışlayıram. Minlərlə insanın bura gəlməsi bizim üçün ən böyük mənəvi dəstəkdir».
   Sonra söz tədbirin təşkilatçısı “Borçalı” İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədliyi verilb. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan-Gürcüstan xalqları arasında mənəvi-siyasi və dostluq, qardaşlıq prinsiplərinə söykənən birliyini stimullaşdıracaq: «Cənubi Qafqazda sabitliyin yaranması və düşmənlərimizin geniş ayaq açmaması üçün, iki xalq arasında güclü birliyin yaranmasında mühum rol oynayacaq.
   Zaman gələcək, Azərbaycan türkləri Gürcüstanın içtimai-siyasi və mədəni-sosial həyatına inteqrasiya edəcəklər».
   Azərbaycan və Gürcüstanın tanınmış ziyalsı Bakı Dövlət Universitetinin professoru Camal Mustafayev (Dədə Camal) təbdirdə iştirak etdiyi üçün özünü xoşbəxt insan saydığını vurğulayıb: «Xalqlarımız arasında hər zaman birlik var. Bu tədbir isə əlaqələrin daha da güclənməsinə səbəb olacaq».
   Azərbaycan parlamentinin üzvü, professor Nəsib Nəsibli Borçalı türklərinin güclü mədəniyyətə malik olduğunu, ancaq ən əsası onların Gürcüstan cəmiyyətinə inteqrasiyasnın vacibliyini qeyd edib: « İnanıram ki, “Borçalı” İctimai Cəmiyyəti bu prosesi uğurla davam etdirəcək və bu işə hər kəsin kömək etməsi vacibdir».
   Dmanisinın icra başcısı Bakur Mqeladze Azərbaycan-gürcü xalqları arasında dostluğun əsrlərə söykəndiyini, hazırda iki xalq arasında gözəl münasibətlərin hökm sürdüyünü diqqətə çəkib.
   Sonra tədbirin bədii hissəsinə start verilib.
   Azərbaycan Akademik Opera və Balet Teatrının solisti Alim Qasımovun tələbəsi, xanəndə Mütəllim Dəmir “Rast” muğamı ilə tədbir iştirakçılarını heyran etdi. Xalq ulduzu yarışmasının iştirakcısı Ariz Borçalı, Aşıq Ramin, Aşıq Aida Gülzar, Dmanisi Mədəniyyət Mərkəzinin gürcü xalq mahnlarının rəqs ansamblı, Azərbaycan Beynəlxalq Universitetinin Xalq Rəqs Ansamblı, Azərbaycanın və Gürcüstanın tanınmış mədəniyyət işciləri tədbirdə iştirak ediblər.
   Tədbirin digər özəlliyi həm də ondan ibarət idi ki, oğlan və qızlarımız at belində əsl elat ənənəsini göstəriblər. Bununla yanaşı, İdmançılarımız da öz qabiliyyətlərini tədbir iştirakçılarına nümayiş etdiriblər.
   Sonda “Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi Azərbaycan-Gürcüstan arasında əlaqələrin inkişaf etdirilməsinə göstərdikləri xidmətlərə görə millət vəkili Nəsib Nəsibli, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Dədə Camal, Bakur Mqeladze və digərləri cəmiyyətin fəxri ödülü ilə təltif ediliblər.
   
   MEHPARƏ