2-5 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Bakı İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Bakının maddi və mənəvi mədəniyyətində “İslam amili”, “Bakının müsəlman dünyasında yeri və rolu”, “Qərb və Şərq alimləri Bakı haqqında”, “Azərbaycan alimləri İslam haqqında” mövzusunda çıxışlar olacaq.
   Tədbir müddətində xüsusi ekskursiyalar da planlaşdırılıb: 2 noyabr - Xalça Muzeyi və Ədəbiyyat Muzeyi, Şirvanşahlar Sarayı, İçərişəhər, Qız qalası. 5 noyabr (Bakı ətrafı) - Qobustan, Bakı qalaları.