Martın 6-da «Tək səbir» qəzetinin redaksiyasında Xaqani ədəbi məclisinin növbəti yığıncağı keçirildi. İsgəndər Etibarın sədrliyi ilə baş tutan məclisdə ilk olaraq, onun Xaqani yaradıcılığı, fəlsəfəsi ilə bağlı fikirləri eşidildi. Məclisdəkilər Xaqani fəlsəfəsinə güzgü tutmağın ədəbiyyatımız üçün son dərəcə əhəmiyyət kəsb etdiyini bildirdilər. Sonra söz çıxış üçün iştirakçılara verildi. Arif Musa, Eldar Şahvələdli, Nijad Mikayılzadə, Fəxrəddin Meydanlı, Solmaz Şirin, Hikmət Məlikzadə şeirlərini oxudular. Oxunan şeirlər haqqında tənqidi fikirlər də bildirildi. Vurğulandı ki, bu iradlar hər kəsin yaradıcılığı üçün səciyyəvidir.
   Hamı belə bir məclisi təşkil etdiyi üçün İsgəndər müəllimə təşəkkür etdi. Ədəbi məclisin növbəti toplantısı 13 mart 2009-cu ildə «Tək səbir» qəzetinin redaksiyasında keçiriləcək. Qeyd edək ki, Xaqani yaradıcılığına marağı olan hər bir kəs bu məclisdə iştirak edə bilər.
   
   Hikmət Məlikzadə