İranın Təbriz şəhərindəki Fərəng evində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. 
   Şəhriyar ədəbi məclisinin dəvəti ilə konfransda Azərbaycanı Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva və şairə Azadə Hüseynova təmsil ediblər. İranın dövlət rəsmilərinin və Təbriz ziyalılarının iştirak etdikləri konfransdan əvvəl şairin abidəsi ziyarət edilib, ruhuna dualar oxunub.
   Konfransda görkəmli şairin adını daşıyan ədəbi məclisin rəhbəri Əyyub Şahbazi, Təbriz Yazıçılar Birliyinin sədri Qazi Ustad Danəndə, şairlər Asim Ərdəbili, Mənsurə Niku-Qoftar, Əzəm Rza Çayi və başqaları çıxış edərək, M.Şəhriyarı təkcə Azərbaycanın deyil, bütövlükdə İslam mədəniyyətinin və əxlaqının tərənnümçüsü və müsəlman dünyasının şairi adlandırıblar.
   Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə A.Hüseynova hələ ötən əsrdə - sovet imperiyası dövründə xalq şairləri Süleyman Rüstəm və Bəxtiyar Vahabzadənin ustad Məhəmmədhüseyn Şəhriyarla, Səhəndlə məktublaşmalarını yada salıb, onların Vətən həsrətli şeirlərindən nümunələr söyləyib və öz şeirlərini oxuyublar.    







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar