Avropa Milli Kitabxanaları Direktorlar Şurasının 27-ci toplantısı 2013-cü ildə Bakıda keçiriləcək. Bu qərar Milli Kitabxananın direktoru Kərim Tahirovun da iştirak etdiyi Şuranın Londonda keçirilən 24-cü iclasında qəbul edilib.
Bununla yanaşı, qurumun növbəti, 25-ci toplantısının 2011-ci ildə Danimarkada keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Avropa Milli Kitabxanaları Direktorlar Şurasının 24-cü toplantısında həmçinin Avropa Digital Kitabxanasının yaradılması layihəsi təqdim olunub. Bu sahədə Avstriya, Fransa Milli Kitabxanaları iş təcrübələrini təqdim ediblər.