Aprelin 22-də "Xalq qəzeti"ndə görkəmli sənətkar, Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov rəssamın həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində doğulan Hüseyn Əliyev Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən 3 illik xüsusi kursu bitirib. Rəssam 1935-ci ildən “Xalq qəzeti”ndə (o vaxtkı “Kommunist”) rəssam kimi əmək fəaliyyətinə başlayıb, burada uzun illər çalışıb. Sənətkar 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
   Tədbirdə çıxış edən qocaman jurnalist Firudin Rəsulov rəssam haqqında öz xatirələrini söylədi. Qeyd olundu ki, Hüseyn Əliyev zəhmətkeş, təvazökar bir insan olub. Şərəfli və mənalı ömür sürmüş rəssamın əsərləri-təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də sənətsevərlərdə böyük maraq doğurur. Tədbirdə digər qonaqlar da rəssamla bağlı xatirələrindən danışdılar.   

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar