Nizami Gəncəvinin Avstriyada saxlanılan «Xəmsə»sinin nüsxəsi tezliklə Azərbaycana gətiriləcək. Qeyd edək ki, «Xəmsə»nin bu nüsxəsinin Avstriya Milli Kitabxanasında saxlanıldığını bir neçə il əvvəl Azərbaycanın bu ölkədəki səfirliyi aşkar edib. Hələ 2000-ci lidə ümummilli liderimiz Heydər Əliyev Avstriyaya rəsmi səfər edən zaman «Xəmsə»nin bərpasına dair tapşırıq vermişdi. 2002-ci lidən bərpasına başlanılmış «Xəmsə»nin əlyazması əsasında hazırlanan multimedia diskinin təqdimatı isə təxminən bir il əvvəl keçirilib. Bu nüsxə Nizami «Xəmsə»sinin tam əlyazmasıdır. Kitabxananın baş direktoru Yohanna Rahinger məsələ ilə bağlı bildirib ki, Azərbaycanın 17 nadir incisindən biri olan «Xəmsə»də, «İsgəndərnamə» poemasının ikinci hissəsi istisna olmaqla, 5 poema tam əks olunur. Əlyazmanın üzü XVII əsrdə Məhəmməd ibn-Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülüb. «Xəmsə»yə çəkilən ilk miniatürlər də bu əsrə təsadüf edir. Muzey direktoru bildirib ki, hazırda «Xəmsə» kitabxananın «Azərbaycan əlyazmaları» sərgisində nümayiş olunur.