F.Köçərli adına Respublika Uşaq Kitabxanası üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının (İnternational Board on Books for Young People - İBBY) 2014-cü il üzrə Hans Kristian Andersen mükafatına tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini verib.
   Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova bildirib ki, Sevinc Nuruqızının adı artıq İBBY tərəfindən namizədlərin siyahısına daxil edilib.
   2014-cü il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Münsiflər heyətinin seçimi 2014-cü il martın 15-16-da reallaşacaq, qaliblərin adı isə martın 24-də Boloniya Uşaq Kitabı Sərgisində elan ediləcək.
   Qeyd edək ki, İBBY tərəfindən 1956-cı ildə təsis olunmuş Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur.