Sentyabrın 16-22-də Türkiyənin Antalya şəhərində «İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə ekoturizmin inkişafı» mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində ekoturizm üzrə ümumi və praktiki araşdırmalar, xidmətlər və infrastruktur, beynəlxalq təcrübə və ekoturizm fəaliyyətinin planlaşdırılması mövzuları üzrə fikir mübadiləsi aparılacaq. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəmil Kəlbəliyev iştirak edəcək.