Oktyabrın 18-də M.S.Ordubadinin ev-muzeyində “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər ötən əsrin sonunda qazandığımız müstəqilliyi xalqımızın çoxəsrlik tarixində parlaq nailiyyəti kimi qiymətləndiriblər.
   Muzeyin direktoru Lalə Abaszadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz əbədi, dönməz və daimi xarakter alıb. Bu gün ölkəmiz böyük inkişaf yoluna qədəm qoyub. Tədbirdə ulu öndərə həsr edilmiş şeirlər səslənib.