İranda “İmadəddin Nəsimi (divanı)” kitabı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində təkrar nəşr edilib. Tədqiqatçı Bəhram Əsədi tərəfindən çapa hazırlanan kitabda dahi Azərbaycan şairinin həyat və yaradıcılığından ümumi məlumat, işlətdiyi bəzi söz və ifadələrin izahları verilib. Kitab Urmiya şəhərində fəaliyyət göstərən “Yaz” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.