Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Artıq kitablar danışır” devizi
altında hazırladığı “Danışan kitablar” adlı diskin təqdimatı keçirilib. Layihənin məqsədi gənclərin maarifləndirilməsi, cəmiyyətimizin müxtəlif təbəqələri arasında bədii ədəbiyyatın təbliğidir. İyirmiyədək görkəmli ədibin əsərlərinin yer aldığı diskdə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib”, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”,
Viktor Hüqonun “Səfillər” və digər əsərlər yer alıb.