Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Bir bənd şeir” müsabiqəsi keçirilir.
Birliyin mətbuat xidmətindən bildiriblər ki, yanvarın 2-dən başlayan müsabiqədə qurumun bütün üzvləri iştirak edə bilərlər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Müsabiqə yanvarın 31-dək davam edəcək.