Da­hi şai­rin əsər­lə­rin­də Azər­bay­can­la bağ­lı mo­tiv­lər da­ha əha­tə­li araş­dı­rı­la­caq
   
   Yan­va­rın 15-də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti, aka­de­mik Akif Əli­za­də­nin sədr­li­yi ilə qu­ru­mun rə­ya­sət he­yə­ti­nin növ­bə­ti ic­la­sı ke­çi­ri­lib.
   
   İc­las­da aka­de­mi­ya­nın Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tu­nun el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni, AMEA-nın müx­bir üz­vü Tey­mur Kə­rim­li “Ni­za­mi Gən­cə­vi ya­ra­dı­cı­lı­ğın­da azər­bay­can­çı­lıq” möv­zu­sun­da mə­ru­zə edib.
   Mə­ru­zə­də bö­yük şa­ir və mü­tə­fək­kir Ni­za­mi Gən­cə­vi­ni öz doğ­ma Və­tə­ni və et­no­su ilə bağ­la­yan mə­sə­lə­lər ədi­bin ya­ra­dı­cı­lı­ğı əsa­sın­da sis­tem­li şə­kil­də təq­dim edi­lib.
   Bil­di­ri­lib ki, bə­şər ta­ri­xin­də bir çox sə­nət­kar­la­rın müəy­yən ob­yek­tiv və sub­yek­tiv sə­bəb­lər üzün­dən öz doğ­ma di­lin­də de­yil, hə­min re­gion­da iş­lək olan dil­də yaz­ma­sı fak­tı­na tez-tez tə­sa­düf et­mək olar. Bu sə­bəb­dən fars di­lin­də yaz­dı­ğı­na gö­rə Ni­za­mi­ni və or­ta əsr Azər­bay­can poe­zi­ya mək­tə­bi­nin di­gər nü­ma­yən­də­lə­ri­ni İran və ya fars şai­ri ad­lan­dır­maq qə­tiy­yən real­lı­ğa uy­ğun de­yil.
   Mə­ru­zə­çi Ni­za­mi­nin Azər­bay­can şai­ri ol­du­ğu­nu sü­but edən bir sı­ra ar­qu­ment­lə­rin ol­du­ğu­nu vur­ğu­la­yıb. Həm şai­rin özü, həm də onun haq­qın­da yaz­mış bü­tün or­ta əsr qay­naq­la­rı Ni­za­mi­nin 1141-ci il­də Azər­bay­ca­nın qə­dim mə­də­niy­yət mər­kəz­lə­rin­dən və XII əsrdə Azər­bay­can Ata­bəy­lər döv­lə­ti­nin pay­taxt­la­rın­dan bi­ri ol­muş Gən­cə­də do­ğul­du­ğu­nu, öm­rü bo­yu Azər­bay­can­da ya­şa­yıb-ya­rat­dı­ğı­nı bir­mə­na­lı şə­kil­də təs­diq edir. Ni­za­mi­nin di­lin­də çox­lu türk söz­lə­ri iş­lə­nib.
   Mə­ru­zə­də da­ha son­ra qeyd olu­nub ki, bu və di­gər ar­qu­ment­lər Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın güc­lü ol­du­ğu­nu, şai­rin öz doğ­ma və­tə­ni­nə və xal­qı­na mə­həb­bə­ti­ni sü­but edir.
   İc­las­da bu sa­hə­də araş­dır­ma­la­rın da­vam et­di­ril­mə­si va­cib he­sab edi­lib. Bil­di­ri­lib ki, Ni­za­mi Gən­cə­vi­nin ya­ra­dı­cı­lı­ğın­da Azər­­bay­can­la bağ­lı mo­tiv və ob­raz­lar da­ha əha­tə­li şə­kil­də araş­dı­rı­la­caq. AMEA rə­ya­sət he­yə­ti­nin qə­ra­rı­na əsa­sən, Ni­za­mi ir­si ilə bağ­lı Ru­si­ya, Av­ro­pa və Ame­ri­ka­nın şərq­şü­nas­lıq mər­kəz­lə­ri­nə eza­miy­yət­lər hə­ya­ta ke­çi­ri­lə­cək.