Gürcüstanda fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “1001 bayatı” kitabı Azərbaycan və gürcü dillərində nəşr edilib. Mərkəzin direktoru, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət bildirib ki, 368 səhifədən ibarət olan kitabda verilən bayatılar şair-tərcüməçi Zezva Medulaşvili tərəfindən gürcü dilinə çevrilib, tərcüməçi kitaba ayrıca izahlı lüğət də daxil edib.
Nəşrin redaktorları Rafiq Hümmət və Quri Otobaiadır. Kitabın mətbəə xərcləri Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən ödənilib.