Bədii qiraət müsabiqəsinin seçim turu

Gənc qiraətçilərin Moskva şəhərində keçiriləcək “Canlı klassika-2014” beynəlxalq bədii qiraət müsabiqəsində iştirak etmək üçün Bakı şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərinin oxucuları arasında seçim turu aparılır. Müsabiqənin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği və bu sahədə vərdişlərin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanması, oxucular arasında müasir rus və dünya ədəbiyyatına marağın artırılmasıdır.
Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında keçirilən ilk seçim turunda 74 və 169 nömrəli orta məktəblərin rus şöbəsində təhsil alan 6-cı sinif şagirdləri rus yazıçılarının əsərlərindən parçalar söyləyiblər.