Daşkənddəki “Mumtoz soz“ nəşriyyatında Azərbaycanın qadın şairləri - Məhsəti Gəncəvi, Heyran xanım və Xurşudbanu Natəvanın əsərlərindən ibarət “Eşq içərisindəki pərvanələr” (rubailər, qəzəllər, müxəmməs və tərkibbəndlər) kitabı özbək dilində çapdan çıxıb.
Əsərləri Azərbaycan və fars dillərindən Aydin Xociyeva tərcümə edib. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru, professor Xamidulla Boltabaev, Azərbaycan tərəfdən rəyçilər filologiya üzrə elmlər doktoru Almaz Ülvi və filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımovdur. Filologiya elmləri doktoru Cənnət Nağıyeva nəşrə “Azərbaycan şeirinin üç gövhəri“ sərlövhəli “ön söz“ yazıb.
Kitabda Məhsəti Gəncəvi, Heyran xanım və Xurşudbanu Natəvanın həyat və yaradıcılığı haqqında məlumat da verilib.