Yazıçılar Birliyinin müəllif hüquqları bürosunun rəhbəri şair Nazim Əhmədlinin təşəbbüsü ilə təhsil ocaqlarında ədəbi görüşlər keçirilir. Layihənin məqsədi gənc nəslin ədəbiyyata marağını artırmaqdır.
Aprelin 16-da 13 saylı orta məktəbdə uşaq yazarı Əfsanə Laçınla görüş keçirilib. Görüşdə məktəblilər müəllifin "Ayılar”, “Ağ dovşanlar” "İlkin üçün”, "Anamın ad günü” şeirlərini, "Uzun adamın nağılı”, "Balaca qaya”, "Tikanlı kol” hekayələrini səsləndiriblər. Sonra müəlliflə birlikdə əsərlər müzakirə edilib. Tədbirdə şair Nazim Əhmədli də bir neçə şeirini oxuyub.
Əfsanə Laçın "Bir damcı” ürək” şeirlər kitabını məktəbə hədiyyə edib. Məktəbin direktoru Rəfiqə Məmmədova qonaqlara minnətdarlığını bildirib.