Azərbaycanlı şair Rusiyada ədəbiyyat mükafatına layiq görülüb

Aprelin 22-də Moskvada “Russkaya premiya” (“Rus mükafatı”) beynəlxalq ədəbiyyat mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib. Bu mükafata xarici ölkələrdə rus dilində yazan yazıçıların əsərləri layiq görülür.
Mərasimə müsabiqənin müəllifi və rəhbəri Tatyana Voskovskaya mükafatın rəsmi tərəfdaşı olan “B.N.Yeltsin - Prezident Mərkəzi” Fonduna minnətdarlığını bildirib.
Təltif olunanlar arasında Azərbaycandan gənc şair Nicat Məmmədov da var. O, “Görüş yeri hər yerdə” adlı şeir, esse və müsahibə məcmuəsinə görə “Poeziya” nominasiyasında üçüncü yerə layiq görülüb. Kitab “Russkiy Qulliver” nəşriyyatı tərəfindən mükafata təqdim olunub.
Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gənc azərbaycanlı şairin belə bir mükafata layiq görülməsinə görə qürur hissi keçirdiyini deyib: “Bu həm də Azərbaycanda rus dilinə, rus ədəbiyyatına və rus mədəniyyətinə göstərilən hörmətin əlamətidir”.
Mərasimi “Baku” jurnalının piar məsələləri üzrə direktoru, “Nə? Harada? Nə zaman?” televiziya oyununun tanınmış iştirakçısı Rövşən Əsgərov aparıb.
“Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsi 2005-ci ildə təsis edilib.