Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib

Mayın 27-də Xalq şairi Səməd Vurğunun vəfatının 58-ci ildönümü ilə bağlı ədibin Fəxri xiyabandakı məzarı önündə anma mərasimi keçirilib. Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə muzeyin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, Bakı Slavyan Universitetinin dosenti Valeh Nəsibli, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin "Vurğun Poeziya teatrı"nın bədii rəhbəri Mirəhməd Əsgərov şairin yaradıcılığından, ölməz irsinə ümumxalq məhəbbətindən söz açıblar. "Vurğun Poeziya teatrı"nın üzvləri ədibin məşhur misralarını səsləndiriblər.