Hüseyn Cavidin ev-muzeyinin gənc alim və mütəxəssislər şurası
“Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edib.
Muzeydən bildiriblər ki, müsabiqənin əsas məqsədi ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığını gənc nəslə öyrətməkdir. Bakı şəhəri orta məktəblərinin IX-XI sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilərlər. İnşa yazısı kompüterdə “Word” proqramının 14 nömrəli şrift ilə (sətirlərarası məsafə 1,5-dən çox olmamaqla) yazılmalıdır.
İnşalar huseinjavid@gmail.com e-mail ünvanına göndərilməlidir. Yazılar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsahibənin sonunda seçiləcək üç ən yaxşı inşa müəllifləri təltif ediləcək. I, II, III yerlər üzrə müvafiq olaraq Hüseyn Cavid əsərlərinin 5 cilddə külliyyatı, “Cavid hikməti (seçmə aforizmlər)” kitabı və “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu təqdim olunacaq.