Təbrizdə beynəlxalq elmi simpozium

Ustad şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü ilə əlaqədar İran İslam Respublikasının Təbriz Universitetində “Məhəmmədhüseyn Şəhriyar və Qafqaz ədəbiyyatı” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Sentyabrın 15-dən 17-dək davam edəcək tədbirdə “Şəhriyarın şeirində milli dəyərlər”, “Heydər Babaya salam poemasının fəzilətləri” mövzularında məruzələr dinləniləcək.
Simpoziumda görkəmli Azərbaycan şairləri Səməd Vurğun və Bəxtiyar Vahabzadənin də yaradıcılığına toxunulacaq, əsərlərinin poetikliyi və emosional təsiri haqqında elmi söhbətlər aparılacaq. Tədbirə Azərbaycan, Türkiyə, Qırğızıstan və Şimali Kiprdən ədəbiyyatşünaslar, yazıçı və şairlər dəvət olunub.