Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Raxmanberdi Qodarov və institutun mətnşünaslıq bölməsinin müdiri Rəhməmmət Kurenov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. İnstitutdan bildiriblər ki, məqsəd böyük türkmən şairi Məxdumqulu Fəraqinin 290 illik yubileyi münasibətilə şairin Bakıda nəşr ediləcək şeirlər toplusu - divanının hazırlanmasına yardım etməkdir.