AMEA-nın Folklor İnstitutunda filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Dədə sözü işığında” kitabı işıq üzü görüb. Bu, müəllifin “Kitabi - Dədə Qorqud” eposunun dilinə həsr etdiyi 9-cu kitabıdır.
Yeni kitabda “Kitabi-Dədə Qorqud”da işlənmiş qohumluq terminləri tarixi-linqvistik müstəvidə tədqiq edilir. Nəşrin redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar Kazımoğludur.