Sumqayıt Şəhər Mədəniyyət Evində C.Cabbarlı adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Şanlı güclü ordumuz” adlı tədbir keçirilib.
Tədbirdə şair Əşrəf Veysəlli, yazıçı Almaz Əliyeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt bölməsinin sədr müavini İlham Səməd, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova və başqaları çıxış ediblər.
Müğənnilərin ifasında vətənpərvər ruhlu mahnılar və “Əsgər marşı” şeiri tədbirdə xüsusi ovqat yaradıb.
Sonda hər iki mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda əl işləri, habelə “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı kitab sərgisi nümayiş olunub.