Oktyabrın 15-də Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Xalq yazıçısı, Dövlət mükafatı laureatı Qılman İlkinin (Musayev) 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə yazıçının övladları Yaşar və Ayaz Musayevlər, BDU-nun jurnalistika fakültəsinin dosenti M.Mahmudov, şair Oqtay Rza, yazıçı-publisist Qəşəm İsabəyli, kitabxananın kollektivi və oxucular iştirak ediblər.
Ədəbi-bədii gecədə Qılman İlkinin həyat və yaradıcılığından söz açılıb.
Badamdar qəsəbə Mədəniyyət evinin əməkdaşları R.Hüseynova və S.Lütfəliyevanın ifasında ədibin sevimli mahnıları səslənib. Sonda qonaqlar Xalq yazıçısı Qılman İlkinin yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.