Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü Şirməmməd Nəzərlinin “13 hekayə” kitabı çapdan çıxıb. Müəllifin sayca 10-cu kitabında Azərbaycan və rus dillərində hekayələri yer alıb. Yazıçı kitaba daxil etdiyi əsərlərini qısametrajlı filmlər üçün nəzərdə tutub və bu mətnlərdə Azərbaycan xalqının milli adət-ənənələri, uzun illər boyu formalaşmış dəyərləri, özünəməxsusluğu təsvir edilib. Rus xalqının yaşam tərzindən, onların adətlərindən bəhs edən hekayələr isə müəllifin bu ölkədə yaşadığı illərin bəhrəsidir.