İyunun 13-də Səbail rayon MKS-nin 3 saylı filialı tədris ilinin bitməsi ilə əlaqədar 91, 203 nömrəli tam orta məktəb və 49 saylı “İntellekt” liseyinin ətrafındakı parkda “Yay tətilinə kitabsız getməyək” adlı aksiya keçirib. Aksiya məktəblilərin tətildə asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək, onlarda ədəbiyyata məhəbbət, mütaliə vərdişləri aşılamaq məqsədi daşıyır.
Uşaqlara maraqlı kitablar təklif olunub, kitabxanaya çoxlu sayda yeni oxucular üzv yazılıb.