İyunun 16-da Avropa Qran-prisinin “Formula-1” şəhərciyində idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.
Fanatlar avtoqraf sessiyasının ilk günündə “Ferrari”, “Mercedes”, “Red Bull Racing” və “Toro Rosso Ferrari” komandalarının pilotları ilə görüşüblər.
İyunun 17-də “Haas F1 Team”, “McLaren”, bir gün sonra “Renault”, “Force India”, iyunun 19-da isə “Manor”, “Williams” və “Sauber” komandalarının pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq.