Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb. Saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının elektron versiyasını oxumaq mümkündür.
1989-cu ildən nəşr olunan “Xəzər” jurnalı hazırda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.