Şəmkir şəhərində keçirilən II Beynəlxalq Gənclər Forumu çərçivəsində Avropa şəhərciyi təşkil olunub. Tədbirdə rayon rəhbərliyi, Avropanın müxtəlif ölkələrinin, eyni zamanda Azərbaycan gənclərinin 100-dən çox fəal nümayəndəsi iştirak edib.
Doqquz Avropa ölkəsinin mədəniyyəti, tarixi irsi, mətbəxi nümayiş olunub. Gənclərimiz Azərbaycan, Avstriya, Çexiya, İtaliya, İspaniya, Belarus, Fransa, Türkiyə və Almaniya ölkələrini hərtərəfli təmsil edən proqramlar təqdim ediblər.