Bakıda yapon mədəniyyəti günü

Bakıda Yaponiyanın mədəniyyət günü təşkil olunub. Tədbir yapon.az saytının təşkilati dəstəyi ilə “Made in Japan” adlı layihə çərçivəsində reallaşıb. Tədbirdə nümayiş olunan yapon rəqsləri, musiqisi, səhnəciklər, yapon döyüş sənəti, yarışlar, oriqami və s. insanların zövqünü oxşayıb.
Tədbirin təşkil olunmasında məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və insanlara gündoğar ölkənin mədəniyyəti haqqında daha çox məlumat çatdırmaqdan ibarətdir.