Dekabrın 8-də Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.
Müsabiqədə 20-dən çox ölkədən yazarlar iştirak ediblər. Birinci yer üçün 1000, ikinci yer üçün 750, üçüncü yer üçün 500 türk lirəsi məbləğində mükafat nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin türk dünyasında "İlin ədəbiyyat adamı - 2014" mükafatı da təqdim olunacaq.