AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin (1733-1813) “Divan”ı nəşr ediləcək. İnstitutdan bildirilib ki, “Divan” transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb və təxminən 600 səhifədən ibarət olacaq. Kitabda Məxdumqulunun indiyə qədər çap olunmayan bir çox şeirləri də yer alacaq. Kitaba institutun direktor müavini Paşa Kərimov, İsmixan Osmanlı və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ön söz” yazıblar. Nəşrin redaktoru akademik İsa Həbibbəylidir.