Bugünlərdə Ankaranın məşhur "MEB" nəşriyyatı xalq yazıçısı Elçinin uşaqlar üçün yazdığı hekayələri rəngli illüstrasiyalarla nəfis şəkildə çap edib. "Kukla, yoxsa Aysu?" ("Bebek mi, Aysumu?") adlı kitaba toplanmış hekayələri türk dilinə Avropada yaşayan görkəmli türk yazıçısı Yücel Feyzioğlu çevirib. Y.Feyzioğlu eyni zamanda kitaba ön söz yazıb. Onu da qeyd edək ki, "Kukla, yoxsa Aysu?" Elçinin Türkiyədə nəşr olunmuş sayca 18-ci kitabıdır.