“Qələm” nəşriyyatı “Tarixi şəxsiyyətlər” seriyasından uşaqlar üçün kitab nəşrini davam etdirir. Bu dəfə nəşriyyat tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Şah Abbas” romanını təqdim edib.
Romanı uşaqlar üçün tanınmış şair-tərcüməçi İbrahim İlyaslı işləyib. Bundan əvvəl nəşriyyat Vasili Yanın “İsgəndər” və “Çingiz xan”, eləcə də Uilyam Neyperin “Atilla” əsərlərini uşaqlar üçün uyğunlaşdıraraq nəşr etmişdi.
Nəfis tərtibatlı və yüksək zövqlə hazırlanmış “Şah Abbas” kitabı münasib qiymətə oxuculara təqdim olunur. Kitabı şəhərimizin kitab mağaza və köşklərindən əldə etmək olar.