Fevralın 4-də Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) arasında müştərək əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi AYB-nin sədri, Xalq yazıçısı Anar və İLESAM-ın sədri Mehmet Nuri Parmaksız imzalayıb.
Müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan şeir və hekayə antologiyası”nın birlikdə hazırlanması və digər zəruri tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sonda Türkiyə və Azərbaycan şairləri öz əsərlərindən nümunələr səsləndiriblər.