Azərbaycan Tərcümə Mərkəzi (ATM) bədii ədəbiyyat həvəskarlarına görkəmli Amerika yazıçısı Ernest Heminqueyin “Qadınsız kişilər” kitabını təqdim edir. “Tərcümə Mərkəzinin kitabları” seriyasında işıq üzü görən topluya yazıçının “Qadınsız kişilər” hekayələr silsiləsi, “Ya var, ya yox” romanı, Afrika mövzusunda yazdığı “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayələri daxil edilib.
Əsərlər ədibin müxtəlif dövrlərdə qələmə aldığı hadisələri, I və II Dünya müharibələri arasında tarixi mərhələnin mənzərələrini əks etdirir. Kitabın tərcüməçisi Mahir Qarayevdir.