Fevralın 13-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş görkəmli şairin “Mənə ümid kimi bax” şeirlər toplusunun və Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi keçiriləcək.